«Gömrük
orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında» Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli
429-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Gömrük
orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli
429-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Gömrük orqanlarında xidmət
haqqında" Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "Gömrük orqanlarında xidmət
haqqında" Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
15 noyabr.- S.2.