Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli

 

Sərəncamı ilə təsdiq edilmişdir

 

 1. Giriş

 

 Statistik məlumatlara əsasən, hazırda dünya üzrə  dağınıq skleroz xəstəliyindən  əziyyət çəkənlərin sayı 1 milyon nəfərdən artıqdır.

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sayı 600 nəfərdən çoxdur. Əksər ölkələrdə olduğu kimi, respublikamızda da xəstələnmə hallarının sayı ilbəil artır və il ərzində hər 100000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydiyyata alınır. 

Xəstəliyin etiologiyası və patogenezi elmə tam məlum olmadığından, onun müalicəsinin çətinliyi və böyük məsrəflər tələb etməsi  dağınıq skleroz problemini dünyanın bütün dövlətlərində aktual edir. Adekvat müalicəni təyin etmək üçün bu xəstəliyin gedişinin müxtəlif tiplərinin düzgün diaqnostikası vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə nevroloji xəstəliklər arasında dağınıq skleroz xəstəliyi cavan şəxslərdə davamlı əlilliyin əsas səbəblərindən biridir. Xəstəlik başlanandan 10-15 il müddətində bu şəxslərin yarıdan çoxu əmək qabiliyyətini itirir  və kənar şəxslərin köməyi ilə hərəkət etmək məcburiyyətində qalır.  Bu xəstəlikdən ölüm hallarının sayı çox yüksəkdir.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanına əsasən hazırlanmış “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin  həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Dövlət Proqramı 2013-2017-ci illəri əhatə edir və dağınıq skleroz xəstəliyi ilə bağlı problemlərin köklü surətdə həlli üçün bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin müalicəsindən ötrü onların spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsini  nəzərdə tutur.

 

2. Dövlət Proqramının məqsədi

 

2.1.    Dövlət   Proqramının məqsədi aşağıdakılardır:2.1.1.   dağınıq skleroz xəstəliyinin ağırlaşma hallarının  qarşısının alınması;

2.1.2. dağınıq skleroz  xəstəliyinin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi;

2.1.3. dağınıq skleroz  xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması;

2.1.4. dağınıq skleroz xəstəliyinin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi;

2.1.5. xəstələrin dərman preparatları ilə davamlı təminatı;

2.1.6. dağınıq skleroz xəstəliyinin müalicəsi ilə məşğul olan kadrların potensialının gücləndirilməsi;

2.1.7. əhalinin dağınıq  skleroz  xəstəliyi barədə maarifləndirilməsi.

 

3. Dövlət Proqramının maliyyələşdirilməsi

 

 3.1. Bu Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindəSəhiyyəbölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicəsi müayinəsi ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

 

Sıra ¹-si

Tədbirlər

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

 

1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

 

1.1.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin vahid elektron registrinin məlumat bazasının yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  2013

 

2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

2.1.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin aşkar edilməsi vaxtaşırı müayinələrinin təmin edilməsi məqsədi ilə aşağıdakı tibb müəssisələrinin maqnit-rezonans tomoqrafiya aparatları ilə təchiz edilməsi:

 

 Respublika Klinik Xəstəxanası;

 Bakı şəhəri 3 nömrəli Klinik Xəstəxanası;

 Abbas Səhhət adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanası;

 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası;

 Lənkəran Rayon Mərkəzi Xəstəxanası

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

2013

2013

2013

2014

2015

 

2.2.Dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin zəruri avadanlıq reaktivlərlə təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

 

3. Dağınıq skleroz  xəstəliyinin profilaktikası,  müalicəsi reabilitasiyası

3.1.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin zəruri dərman preparatları ilə davamlı təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mütəmadi

3.2.Dağınıq skleroz xəstəliyinin diaqnostikası müalicəsi üzrə klinik protokolların hazırlanması tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013

3.3.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort bərpa müalicəsinin təşkili

Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

          mütəmadi

3.4.Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial-psixoloji peşəkar reabilitasiyası  üzrə proqramların işlənib hazırlanması Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013-2014

 

4. Kadr hazırlığı

4.1.Dağınıq skleroz xəstəliyinin    diaqnostikası müalicəsi üzrə mütəxəssislərin hazırlanması, onların peşə biliklərinin artırılması (o cümlədən xarici ölkələrdə)

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013-2017

4.2.Dağınıq skleroz xəstəliyi üzrə mütəxəssislər üçün elmi konfranslar, elmi-praktik seminarlar keçirilməsi, eləcə onların beynəlxalq konqres, konfrans simpoziumlarda iştirakının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013-2017

 4.3.İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün dağınıq skleroz xəstəliyinin   aşkarlanması müalicəsi üzrə treninqlərin təşkili

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013-2015

 

5. Dağınıq skleroz  xəstəliyinə dair maarifləndirmə

 

5.1.

 

Dağınıq skleroz xəstəliyinə   dair ədəbiyyat, bukletlər, vərəqələr, plakatlar çap edilməsi

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2013-2015

 

5.2.Dağınıq skleroz xəstəliyinin profilaktikasına dair məlumatların kütləvi informasiya vasitələri ilə yayılması

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri mütəmadi

 

5. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

 

5.1.      Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

5.1.1.   dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi;

5.1.2.   dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına;

5.1.3.   əhalinin dağınıq skleroz xəstəliyinin profilaktikası ilə bağlı məlumatlandırılması.

 

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.6.