«Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 57; 2001, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 8, maddə 695; 2009, ¹ 12, maddə 966; 2011, ¹ 6, maddə 475; 2012, ¹ 6, maddə 520) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində "idarəetməni həyata keçirən," sözlərindən sonra "fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 15 noyabr.- S. 1.