«İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" Azərbaycan
Respublikasının Qanununu "İnformasiya əldə etmək
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il
20 aprel tarixli 323-IVQD
nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 364;
2005, ¹ 6, maddə 466; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 10, maddə
938; 2011, ¹ 3, maddə 162) 20-ci maddəsinin beşinci hissəsində
"İnformasiya Məsələləri üzrə müvəkkilə"
sözləri "Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə
(ombudsmana)" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
15 noyabr.- S.1.