«Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununu "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 452,

¹ 12, maddə 731; 2002, ¹ 12, maddə 706; 2005, ¹ 10, maddə 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3,  maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009, ¹ 6, maddə 399; ¹ 11, maddələr 877, 878; 2010, ¹ 3, maddə 171, ¹ 11, maddə 944; 2011, ¹ 2,  maddə 71, ¹ 11, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.9-cu maddədə "orqanlarından, habelə" sözlərindən əvvəl ", o cümlədən fövqəladə hallar" sözləri əlavə edilsin.

2. 32.5-ci maddənin birinci cümləsində "hüquq mühafizə" sözlərindən sonra ", o cümlədən fövqəladə hallar" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.2.