«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"ni "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 12; 2001, ¹ 12, maddələr 731, 736; 2004, ¹ 2, maddə 57; 2005, ¹ 4, maddə 274, ¹ 7, maddə 590; 2006, ¹ 11, maddə 926; 2007,

¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 3, maddə 155, ¹ 8, maddələr 694, 696; 2009, ¹ 6, maddələr 399, 406; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171,

¹ 4, maddə 273; ¹ 7, maddə 599; 2011, ¹ 2, maddə 71) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 58-ci maddəsinin birinci və ikinci hissələrində "hüquq mühafizə" sözlərindən sonra ", o cümlədən fövqəladə hallar" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.2.