«Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1072; 2010, ¹ 3, maddə 168) 7-ci maddəsinin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr  2012-ci il

 

Azərbaycan.-2012.- 15 noyabr.- S. 2.