«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 470; 2004, ¹ 2, maddə 57, 

¹ 7, maddə 505, ¹ 11, maddə 902; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460) aşağıdakı dəyişikliklər edilsin:

1. 24-cü maddənin birinci hissəsində on birinci bənd on ikinci bənd hesab edilsin və aşağıdakı məzmunda on birinci bənd əlavə olunsun: 

"vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəmək;";   

 2. 25-ci maddənin birinci hissəsinin birinci bəndində "icazənin" sözündən əvvəl "xüsusi" sözü əlavə edilsin;

 3. 53-cü maddənin birinci hissəsinin birinci bəndində "icazəsiz" sözü "xüsusi icazə olmadan" sözləri ilə və beşinci bəndində mötərizədə "lazımi icazə" sözləri mötərizədə "ov etmək üçün icazə" sözləri ilə əvəz olunsun.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il

 

Azərbaycan $g 2012.- 15 noyabr.- S. 2.