«Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə» Azərbaycan Respublikasının
2012-ci il 16 oktyabr tarixli 449-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il
16 oktyabr tarixli 449-IVQD
nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsində birinci halda nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti
orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki, "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsində ikinci halda nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
15 noyabr.- S.2.