Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin iqtisadiyyat naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin Azərbaycanda təsis edilməsinin əhəmiyyəti vurğulandı, palatanın ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən  qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmi qeyd edildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 15 noyabr.- S.1.