Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya
Federasiyası Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Dövlət
başçısı ölkəmizlə Rusiya
Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq
əlaqələrinin gücləndirilməsinin Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi
işinə töhfə verəcəyinə əminliyini ifadə
etdi. Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan
Respublikasının başçısı Ramzan
Kadırovun ikinci dəfə ölkəmizə
səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin
yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev əməkdaşlığımızın
iqtisadi, sərmayə qoyuluşu,
humanitar və digər sahələrdə
daha da genişləndirməyin
önəmini qeyd etdi.
Çeçenistanda sabitliyin
bərqərar olunduğunu və
genişmiqyaslı layihələrin həyata keçirildiyini
vurğulayan dövlətimizin
başçısı əldə edilən uğurlar münasibətilə R.Kadırovu təbrik
etdi.
Çeçen xalqının Azərbaycan
xalqını özünə qardaş və
dost hesab etdiyini deyən Rusiya
Federasiyası Çeçenistan
Respublikasının başçısı Ramzan
Kadırov xalqlarımız arasında mövcud
olan bu münasibətlərin
qədim tarixi köklərə malik olduğunu
vurğuladı. Ramzan
Kadırov Azərbaycanda gedən sürətli inkişaf
proseslərinin böyük maraqla izlənildiyini dedi. Ramzan Kadırov çeçen
xalqının ən çətin vaxtlarında Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin onlara göstərdiyi
qayğını ehtiramla xatırladı.
* * *
Noyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adından
Rusiya Federasiyası Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırovun şərəfinə
nahar verildi.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.1.