Azərbaycan Prezidenti
İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və
Orta Asiya Ölkələri Departamenti direktorunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq
Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya Ölkələri
Departamentinin direktoru Masud Əhmədin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin
uğurlu inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın
perspektivləri ilə bağlı məsələlər
müzakirə edildi.
Görüşdə həmçinin
ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata
keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin
olunmasının önəmi vurğulandı, Azərbaycanın
prioritet elan etdiyi
informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı
sahələrinin daha da inkişaf etdirilməsi ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.1.