Qafqaz Müsəlmanları
İdarəsinin sədri ilə görüş
Azərbaycanda səfərdə
olan Rusiya
Federasiyası Çeçenistan
Respublikasının başçısı Ramzan
Kadırov noyabrın 15-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə ilə
görüşmüşdür.
Çeçenistan Respublikasının
başçısı əvvəlcə
Şeyxülislamın iqamətgahı ilə tanış olmuşdur.
Görüşdə
ikitərəfli münasibətlər, xalqlar
arasında dostluq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi
aparılmışdır.
A.Paşazadə
Azərbaycan ilə Rusiya arasında əlaqələrin
yüksək səviyyədə olduğunu
məmnunluqla qeyd etmişdir.
Şeyxülislam Azərbaycan ilə Çeçenistan
arasında əlaqələrin inkişafının əhəmiyyətindən
danışmış, ölkəmizin tolerantlıq nümunəsi
olduğunu vurğulamışdır. Diqqətə
çatdırmışdır ki, Azərbaycan
və çeçen xalqları arasında
dostluq münasibətlərinin qədim tarixi vardır. Bu
münasibətlərin inkişafında islam
dini mühüm rol oynayır.
Xalqımızın
ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən
danışan Şeyxülislam demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü
çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Şeyxülislam Qafqaz regionunda sülhün bərqərar
olunmasının, sabitliyin vacibliyindən
də bəhs etmişdir.
Bakıda
olmağından məmnunluğunu bildirən Ramzan
Kadırov göstərilən qonaqpərvərliyə və dostluq münasibətlərinə görə
təşəkkürünü bildirmişdir.
Qonaq xalqlarımız arasında həmişə səmimi
və doğma münasibətlərin olduğunu diqqətə
çatdırmış, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin
mehriban münasibətindən, əməkdaşlığından
məmnunluğunu söyləmişdir.
R.Kadırov Qafqaz regionunda dini radikalizmə qarşı birgə
mübarizə aparmağın əhəmiyyətini
vurğulamışdır.
Görüşdə Rusiyanın Azərbaycandakı
səfiri Vladimir Doroxin iştirak etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.2.