ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvan
Dövlət Universitetində
olmuşdur
ATƏT-in Bakı
ofisinin rəhbəri,
səfir Koray Tarqay və bir qrup nümayəndə
Naxçıvan Muxtar
Respublikasına rəsmi
səfər çərçivəsində
Naxçıvan Dövlət
Universitetində (NDU) olmuşdur.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a
bildirmişlər ki, görüş
zamanı universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə
doktoru, dosent Seyid Surə universitetin strukturu, fəaliyyəti haqqında
ətraflı məlumat
vermişdir. Qeyd olunmuşdur ki, Avropa Rektorlar Klubunun, Asiya Universitetləri Assosiasiyasının
üzvü olan, dünyanın 76 tanınmış
universiteti ilə tərəfdaşlıq edən,
10 ölkədən 300-ə yaxın xarici vətəndaşın təhsil
aldığı
bu ali məktəb bir çox beynəlxalq təşkilatlarla, o cümlədən
ATƏT-in Bakı
ofisi ilə də sıx əməkdaşlığa malikdir.
Belə ki, ATƏT-in Bakı ofisinin keçmiş rəhbərləri Aleksis Şahtaxtinski və Bilge Cankorel müxtəlif vaxtlarda universitetdə olmuş, qlobal ekoloji problemlərin öyrənilməsinə həsr
olunmuş "Yaşıl
paket" proqramı, hüquqşünas, vəkil,
hakim və prokurorlar üçün nəzərdə
tutulmuş səhnələşdirilmiş
məhkəmə təlimləri
kimi birgə layihələr həyata keçirilmişdir. Universitetin
tərbiyə işləri
üzrə prorektoru, Azərbaycan Respublikasının
əməkdar müəllimi,
fəlsəfə elmləri
doktoru, professor Məmməd
Rzayev elmin, təhsilin inkişafı,
dünyaya inteqrasiya baxımından beynəlxalq
təşkilatlarla, eləcə
də ATƏT-in Bakı
ofisi ilə tərəfdaşlığın əhəmiyyətindən danışmışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ötən il də Naxçıvanda olduğunu, bu müddət ərzində
Naxçıvan Muxtar
Respublikasında və
universitetdə böyük
inkişafın şahidi
olduğunu söyləmişdir.
O, ATƏT-in üç istiqamətdə
- siyasi və hərbi, iqtisadi və ekoloji, humanitar istiqamətlərdə
dünya dövlətləri
ilə həyata keçirdiyi tərəfdaşlıqlar,
Azərbaycanda gördüyü
işlər barədə
məlumat vermişdir.
Görüşdə gələcək əməkdaşlıq məsələləri
müzakirə olunmuş,
elmi-təcrübi mübadilə
istiqamətində görüləcək
işlərin, beynəlxalq
hüquq və turizm, iqtisadiyyat, ekoloji təhlükəsizlik,
biznes və digər sahələrə
həsr olunmuş birgə layihələrin gerçəkləşdirilməsinin zəruriliyindən söhbət
açılmışdır.
Qonaqlar universitet kampusunu gəzmiş,
beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq
və kənd təsərrüfatı, pedaqogika fakültələrində,
magistraturada, qonaq evində, Tələbə Turizm
Assosiasiyasında, Media, Azərbaycanşünaslıq, Koreya Respublikası Mədəniyyət
və Dil Tədrisi mərkəzlərində,
"Diplomatiya" kabinəsində, müasir kimya
laboratoriyalarında, botanika, coğrafiya, zoologiya muzeylərində
olmuşlar.
Azərbaycan.-2012.-
16 noyabr.- S.8.