Azərbaycanın
müasirləşməsi, yeniləşməsi istiqamətində
həyata keçirilən siyasətdə Yeni Azərbaycan
Partiyasının özünəməxsus rolu vardır
Noyabrın 15-də Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyində Yeni Azərbaycan
Partiyasının (YAP) yaradılmasının 20 illiyinə həsr
olunmuş tədbir keçirilmişdir.
Gəmiçiliyin
rəisi Aydın Bəşirov çıxış edərək
YAP-ın iyirmi il əvvəl
- 1992-ci il noyabrın 21-də
Naxçıvanda ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə təsis konfransının keçirildiyi, o vaxtkı
hakimiyyətin bütün maneçilik
cəhdlərinə baxmayaraq qısa
müddətdə iqtidara gələn partiyanın xalqın
etimadını qazandığı diqqətə
çatdırılmışdır.
Qeyd olunmuşdur ki, Heydər Əliyev zəkasının bəhrəsi
olan partiya ötən
20 ildə həm çətin, həm də şərəfli
bir yol keçərək
inkişaf etmişdir.
Bu gün mütəşəkkil
siyasi qüvvəyə çevrilən
YAP dövlət
başçısı İlham Əliyevin
dediyi kimi, nəinki Azərbaycanda,
bütövlükdə Cənubi Qafqazda ən
böyük siyasi təşkilatdır.
Azərbaycanın müasirləşməsi, yeniləşməsi
istiqamətində həyata keçirilən siyasətdə
YAP-ın özünəməxsus rolu
vardır. Sıralarını günbəgün genişləndirən,
alternativsiz siyasi
qüvvəyə çevrilən YAP qarşıda duran vəzifələrin həlli istiqamətində
də fəaliyyətini davam etdirir.
Gəmiçiliyin
rəisi ulu öndər Heydər Əliyevin
siyasi xəttinin layiqli
davamçısı İlham Əliyevin
YAP-ın sədri seçilməsi ilə partiyanın həyatında
yeni mərhələnin
başlandığını bildirərək demişdir
ki, onun bütün fəaliyyəti Azərbaycanın
tərəqqisinə, ölkədə demokratik dəyərlərin
qorunmasına və inkişafına, xalqın rifah
halının yaxşılaşdırılmasına, ölkəmizin
qüdrətli dövlətlər sırasına
çıxarılmasına yönəlmişdir. Ölkə
rəhbəri Azərbaycanın inkişafı üçün
bütün qüvvələrin, hər
bir vətəndaşın səfərbər
olunması naminə olduqca səmərəli
işlər görməkdədir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin
diqqət və qayğısı ilə 2004-cü ildən bəri
10 iritonnajlı tanker, bir
quru yük gəmisi,
4 gəmi-bərə istifadəyə verilmişdir.
Xorvatiyanın "Ulyanik" tərsanəsində
son 10 ayda tikilmiş daha 2 bərənin
Bakıya gətirilməsi isə bu ilin nailiyyətlərindəndir.
Bütün bunlar, ilk növbədə, ümummilli
lider Heydər Əliyevin əsasını
qoyduğu və həyata keçirdiyi
nəhəng layihələrin, o cümlədən
Azərbaycanın neft strategiyasını
müəyyənləşdirən "Əsrin müqaviləsi"nin,
tarixi "İpək yolu"nun bərpasının, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara
verilməsinin reallaşması və nəhayət,
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
gerçəkləşməsi ilə bağlı
yükdaşımalarının artması ilə əlaqədardır.
Çıxışlarda
YAP-ın yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışılmış, ölkəmizdə
son illərdə əldə olunan uğurlar, həyata
keçirilən irimiqyaslı layihələr,
respublikamızın regionda və beynəlxalq
aləmdə söz və nüfuz
sahibinə çevrilməsi diqqətə
çatdırılmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.9.