YAP-ın 20 illiyinə həsr
olunmuş ümumrayon iməciliyi keçirilmişdir
Hazırda
respublikanın bütün bölgələrində Yeni Azərbaycan
Partiyasının 20-ci ildönümü ilə bağlı
silsilə tədbirlər keçirilir. 6 minə yaxın
üzvü olan YAP Astara rayon təşkilatı da bu tədbirlərdə
fəal iştirak edir.
Yeni Azərbaycan Partiyasının 20
illiyinə həsr olunmuş ümumrayon iməciliyində Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevin sərəncamı
ilə ayrılmış vəsait hesabına yenidən qurulan
Astara-Bala Şahağac magistral yolunun ətrafında
yaşıllıq salınmış, ağac əkini
keçirilmişdir. Bununla
əlaqədar rayonun bütün idarə, müəssisə
və təşkilatları iməcilikdə fəal iştirak
etmişlər. Qısa müddət ərzində Astara-Bala
Şahağac magistral avtomobil yolunun 2000 metr məsafəsində
3 mindən çox ağac əkilmişdir. Əkin zamanı
yerli şəraitdə yetişdirilən palıd və digər
ağac növlərinə üstünlük verilmişdir.
S.CAVADOV
Azərbaycan.-2012.-
16 noyabr.- S.9.