Berlində keçirilən
«Bakıya uçuş» sərgisi rekord sayda ziyarətçi cəlb etmişdir
Heydər Əliyev
Fondunun Azərbaycanın Almaniyadakı səfirliyi
və "Bakı" jurnalı ilə birgə əməkdaşlıq
çərçivəsində Berlində təşkil etdiyi "Bakıya uçuş"
sərgisi müvəffəqiyyətlə davam
edir.
Xatırladaq ki, sərgi noyabrın 2-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən
açılmışdır.
Berlinin məşhur "me
Collectors Room"
qalereyasında keçirilən və müasir
Azərbaycan incəsənətinin nümunələrini əks
etdirən bu sərgi Almaniya
paytaxtında sənətsevərlər arasında böyük maraq doğurmuşdur. Müasir
Azərbaycan incəsənətinin nümunələri ilə
tanış olmaq üçün
qalereyanı yalnız açılış günü
deyil, sonrakı günlərdə də
çoxsaylı insan ziyarət etmişdir.
Qalereya rəhbərliyinin məlumatına
görə, "Bakıya uçuş"
"me Collectors Room"un indiyədək keçirdiyi sərgilər arasında ən çox ziyarətçi cəlb edən sərgisi
hesab olunur.
Aparılmış müşahidələr zamanı sərgiyə
hər gün 300-ə yaxın ziyarətçinin
gəldiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, bu, Berlində müasir incəsənət
sahəsində bir qalereyada
keçirilən xarici sərgi üçün çox
yüksək göstəricidir.
Almaniya mediası da
"Bakıya uçuş" sərgisinə
böyük diqqət göstərir.
Sərgi
noyabrın 17-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.11.