Azərbaycan Prezidenti
İlham Əliyev Dövlət
Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin
gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
noyabrın 16-da Dövlət Bayrağı Meydanı ətrafında
görülən abadlıq işlərinin gedişi ilə
tanış olmuşlar.
Dövlət başçısı və
xanımı təmir və bərpa olunan bir sıra binalarda
görülən işlərin gedişi ilə
maraqlandılar. Bildirildi ki, təmir və bərpa işləri
layihəyə uyğun olaraq həyata
keçirilir. Daha sonra Prezident və xanımı sərgi
salonu kimi nəzərdə tutulan binada həyata keçirilən
inşaat işləri ilə də tanış oldular.
Dövlət Bayrağı Meydanı ətrafında
görülən abadlıq işlərinin gedişi ilə
tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2012.-
17 noyabr.- S.2.