Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin tabeliyində
Mədəniyyət Mərkəzinin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi
inkişafı, elmi-texniki və turizm potensialı barədə
təbliğat işini genişləndirmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Avstriya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət
Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamın 1-ci hissəsi ilə
yaradılan Mədəniyyət
Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə
bağlı zəruri tədbirləri həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
17 noyabr.- S.2.