Beynəlxalq Kazak
Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi «Qəhrəmanın
Qızıl Ulduzu» ilə təltif etmişdir
Ukrayna kazak təşkilatlarının
da daxil olduğu Beynəlxalq Kazak Akademiyası Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi "Qəhrəmanın
Qızıl Ulduzu" ali kazak ordeni ilə təltif
etmişdir.
Azərbaycan Kazaklar İttifaqının
atamanı Viktor Mereşkin bu barədə noyabrın 16-da
"İnterfaks-Azərbaycan" informasiya agentliyində
keçirilmiş mətbuat konfransında məlumat
vermişdir.
Beynəlxalq Kazak Akademiyasının
prezidenti, ordu generalı Mixaylo Yamnenko tərəfindən
imzalanmış qərarda bildirilir ki, Prezident İlham Əliyev
bu ordenə kazak xalqına göstərdiyi fəal köməyə,
Azərbaycan və Ukrayna xalqları arasında dostluğun
möhkəmləndirilməsinə, elmin inkişafına, mədəni
ənənələrin, mənəvi dəyərlərin
dirçəldilməsinə verdiyi töhfəyə və
kazak təşkilatlarını dəstəklədiyinə
görə layiq görülmüşdür. Ordenin mərkəzində
Boqdan Xmelnitskinin gerbinin stilizə edilmiş təsviri
vardır, W hərfi isə iradə və mətinlik rəmzidir.
V.Mereşkinin sözlərinə görə,
Mehriban xanım Əliyeva da kazakların mükafatına layiq
görülmüşdür. "Siçevlavskoye voysko
Zaporojskoye" Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı
ali "Kazak şöhrəti" ("Kazatskaya slava")
mükafatına təqdim etmişdir. Təltif vərəqində
göstərilir ki, Mehriban Əliyeva "mərhəmətinə,
xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz
fəaliyyətinə və kazaklara göstərdiyi köməyə
görə" təltif olunmuşdur. V.Mereşkin qeyd etmişdir ki, bu
orden unikal eksklüziv icrada, bir nüsxədə, təkrarlanma
hüququ olmadan hazırlanmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
16 noyabr.- S.2.