«Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə»
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli
430-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 1 oktyabr tarixli 430-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
16 noyabr.- S.3.