Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 972; 2010, ¹ 4, maddə 273, ¹ 5, maddə 385; 2011, ¹ 4, maddə 271; 2012, ¹ 5, maddə 412) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5-1-ci və 7-1-ci maddələr əlavə edilsin:

"5-1. Miqrasiya orqanlarında işləyən şəxslər arasında qulluq münasibətlərinin tənzimlənməsi və ixtisas keyfiyyətlərinin müəyyən edilməsi məqsədi ilə bu orqanlarda kiçik, orta, böyük və ali xüsusi rütbələr nəzərdə tutulan vəzifələr və xüsusi rütbələr müəyyən olunur.";

"7-1. Miqrasiya orqanlarının orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa yalnız ali təhsilli şəxslər, kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa ən azı tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər.".

2. 13-cü maddə üzrə:

2.1. birinci cümlədə "müsabiqədən" sözündən sonra "və ya müsahibədən" sözləri əlavə edilsin;

2.2. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər.";

2.3. dördüncü cümlədə "Müsabiqənin" sözündən sonra "və müsahibənin" sözləri əlavə edilsin.

3. 17-ci maddədə "bir illik stajorluq müddəti" sözlərindən sonra "(kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti)" sözləri əlavə edilsin.

4. 57.1-ci maddənin ikinci-dördüncü abzasları müvafiq olaraq 57.1.1 - 57.1.3-cü maddələr hesab edilsin.

5. 57.2-ci maddənin ikinci-dördüncü abzasları müvafiq olaraq 57.2.1 - 57.2.3-cü maddələr hesab edilsin.

6. 57.3-cü maddənin ikinci-beşinci abzasları müvafiq olaraq 57.3.1 - 57.3.4-cü maddələr hesab edilsin.

7. Aşağıdakı məzmunda 57.4-cü, 59-1-ci, 60.7-ci və 60.8-ci maddələr əlavə edilsin:

"57.4. Kiçik xüsusi rütbələr:

57.4.1. baş miqrasiya xidməti çavuşu;

57.4.2. miqrasiya xidməti çavuşu;

57.4.3. kiçik miqrasiya xidməti çavuşu.";

"59-1. Kiçik xüsusi rütbələrdə olan miqrasiya orqanları işçiləri orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə təyin olunduqda, onlar mövcud rütbədə qulluq müddətindən asılı olmayaraq, həmin vəzifənin ilk rütbəsinə təqdim edilirlər.";

"60.7. miqrasiya xidməti çavuşu - 2 il;

60.8. kiçik miqrasiya xidməti çavuşu - 1 il.".

8. 61-ci maddədə "xüsusi rütbəsində" sözləri "və baş miqrasiya xidməti çavuşu xüsusi rütbələrində" sözləri ilə əvəz edilsin.

9. 63-cü maddənin ikinci cümləsi çıxarılsın.

10. Aşağıdakı məzmunda 63-1-ci və 63-2-ci  maddələr əlavə edilsin:

"63-1. Böyük və orta xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:

63-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatının və tabeliyində olan qurumlarının işçilərinə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən;

63-1.2. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının işçilərinə - Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən.

63-2. Kiçik xüsusi rütbələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən verilir.". 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 17 noyabr.- S. 3.