"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 259 Bakı şəhəri, 13 noyabr 2012-ci il

 

 Azərbaycan Respublikası Prezidentinin "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" 2011-ci il 13 dekabr tarixli 273-IVQ  nömrəli qanununun tətbiqi barədə" 2012-ci il 7 fevral tarixli 576 nömrəli fərmanının

1.4-1.8-ci bəndlərinin, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası  Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanının 2.1.3 - 2.1.7-ci, 2.1.9-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).

5. "Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası" təsdiq edilsin (5 nömrəli əlavə).

6. "Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların  genetik ehtiyat nümunələrinin Azərbaycan  Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri" təsdiq edilsin (6 nömrəli əlavə).

7. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi" təsdiq edilsin (7 nömrəli əlavə).

8. "Mədəni bitkilərin genetik ehtiyatlarının  mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi" təsdiq edilsin (8 nömrəli əlavə).

9. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi" təsdiq edilsin (9 nömrəli əlavə).

10. "Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri" təsdiq edilsin (10 nömrəli əlavə).

11. "Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi" təsdiq edilsin (11 nömrəli əlavə).

12. "Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş  məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası" təsdiq edilsin (12 nömrəli əlavə).

13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın.

14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərarın əlavələri ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az internet  saytında tanış ola bilərsiniz.

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.3.