«Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu
ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
"Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 16 oktyabr
tarixli 442-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
930-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"nin 63-1.1-ci maddəsində (hər
iki halda) "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti nəzərdə
tutulur;
3.2. həmin qanunun 63-1.2-ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Naxçıvan Muxtar
Respublikasının Dövlət Miqrasiya
Xidməti nəzərdə tutulur (bu fərmanın 4-cü hissəsi nəzərə
alınmaqla);
3.3. həmin qanunun 63-2-ci maddəsində "müvafiq icra hakimiyyəti
orqanları" dedikdə Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti və
Naxçıvan Muxtar Respublikasının
Dövlət Miqrasiya Xidməti nəzərdə
tutulur.
4. Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin işçilərinə
baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsinin
verilməsi Naxçıvan Muxtar Respublikasının ali vəzifəli
şəxsi və Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi ilə
razılaşdırılır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
17 noyabr.- S.3.