Leyla ƏLİYEVA: UNEP və ölkə
mütəxəssislərinin birgə təşkilatçılığı
ilə Azərbaycan Şərqi Avropada «yaşıl
iqtisadiyyat»ın tədqiqini öz üzərinə
götürən və bu işi başa çatdıran ilk
ölkədir
Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın
və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı
ilə həyata keçirilən "Yaşıl həftə"
layihəsi çərçivəsində Ətraf Mühit və
Sağlamlıq üzrə Avropa Nazirlər
Şurasının üçüncü iclası
keçirilmişdir.
İclasda
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi
Leyla xanım Əliyeva iştirak etmişdir.
AzərTAc
xəbər verir ki, iclasda çıxış edən
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov ölkəmizdə ekoloji durumun
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələrdən
danışmış,
"Yaşıl həftə"nin də belə layihələrdən
biri olduğunu bildirmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi
Leyla Əliyeva iclasda çıxış etmişdir.
Azərbaycan.-2012.- 17 noyabr.- S.5.