Azərbaycan ilə UNEP arasında
qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi
müzakirə olunmuşdur
Noyabrın
16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün
- İDEA-nın təsisçisi Leyla xanım Əliyeva
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru
Jan Dusiklə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüş İDEA və UNEP-in əməkdaşlığı
ilə həyata keçirilən "Yaşıl həftə"
layihəsi çərçivəsində baş
tutmuşdur.
Görüşdə
layihənin əhəmiyyəti vurğulanmış, Azərbaycan
ilə UNEP arasında qarşılıqlı əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsi, ətraf
mühitin mühafizəsi üzrə gələcəkdə
də birgə bir çox proqramların və layihələrin
həyata keçirilməsi məsələləri müzakirə
olunmuşdur.
Azərbaycan.-2012.- 17 noyabr.- S.5.