İDEA-nın təsisçisi Leyla
xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru
Zsuzsanna Jakabla görüşmüşdür
Noyabrın
16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün
- İDEA-nın təsisçisi Leyla xanım Əliyeva
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa
Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla
görüşmüşdür.
Görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirilmiş, İDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirilmişdir.
İDEA
və UNEP-in əməkdaşlığı ilə həyata
keçirilən "Yaşıl həftə" layihəsi
çərçivəsində baş tutan görüşdə
həmçinin gələcək layihələr ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 17 noyabr.- S.5.