«İcra haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
"İcra
haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114;
2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹
12, maddə 973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə
1053; 2008, ¹ 6, maddə 462, ¹ 7,
maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə
591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618)
aşağıdakı dəyişikliklər edilsin:
1.
87-ci maddənin adında "hərəkətlərindən"
sözündən sonra "(hərəkətsizliyindən)"
sözü əlavə edilsin.
2.
87.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"87.1.
İcra sənədinin icra olunması ilə bağlı icra
məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən
tələbkar və ya borclu icra məmurunun olduğu yer
üzrə inzibati-iqtisadi məhkəməyə şikayət
verə bilər. İcra məmurunun hərəkətlərindən
şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10
gün müddətində verilir.".
3.
87.2-ci maddə ləğv edilsin.
4.
87.3-cü maddədə "(və ya həmin hərəkətin
yerinə yetirilməsindən imtina edilməsi)" sözləri
çıxarılsın və "87.1-ci və 87.2-ci maddələrində"
sözləri "87.1-ci maddəsində" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 oktyabr
2012-ci il
Azərbaycan.-2012.- 18 noyabr.- S.2.