«Miqrasiya orqanlarında
qulluqda fərqlənməyə görə»,
«Miqrasiya orqanları ilə səmərəli
əməkdaşlığa görə» və «Miqrasiya orqanlarında qüsursuz
qulluğa görə» Azərbaycan
Respublikası medallarının təsis edilməsi ilə əlaqədar
«Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664) 2-ci maddəsinin iyirmi səkkizinci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirmi doqquzuncu, otuzuncu və otuz birinci hissələr əlavə edilsin:
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı;
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı;
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı.".
Maddə 2. "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
Maddə 4. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 5. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
Maddə 6. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 7. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
Maddə 8. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
Maddə 9. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 18 noyabr.- S.2.