«Miqrasiya orqanlarında
qüsursuz qulluğa
görə» Azərbaycan
Respublikasının medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2012-ci il 2 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif
edilən şəxslər
"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə"
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
miqrasiya orqanlarında
qulluğunun hər il martın 19-dək 10, 15
və 20 təqvim ili tamam olmuş
xüsusi rütbəsi
olan işçilər
vəzifə borclarını
qüsursuz yerinə yetirdiklərinə görə
təltif edilirlər.
Maddə 2. Medalın
dərəcələri
2.1. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan
Respublikası medalının
3 dərəcəsi vardır:
2.1.1.
"Miqrasiya orqanlarında
qüsursuz qulluğa görə" 1-ci dərəcəli
Azərbaycan Respublikasının
medalı - miqrasiya orqanlarında azı 20 il qüsursuz qulluq
edən şəxslərə;
2.1.2.
"Miqrasiya orqanlarında
qüsursuz qulluğa görə" 2-ci dərəcəli
Azərbaycan Respublikasının
medalı - miqrasiya orqanlarında azı 15 il qüsursuz qulluq
edən şəxslərə;
2.1.3.
"Miqrasiya orqanlarında
qüsursuz qulluğa görə" 3-cü dərəcəli
Azərbaycan Respublikasının
medalı - miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq
edən şəxslərə
verilir.
2.2. "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli
Azərbaycan Respublikasının
medalı "Miqrasiya
orqanlarında qüsursuz
qulluğa görə" Azərbaycan
Respublikası medalının
ən yüksək dərəcəsidir.
Maddə 3. Təltif
edən orqan
Miqrasiya orqanlarının işçilərini
"Miqrasiya orqanlarında
qüsursuz qulluğa görə" Azərbaycan
Respublikasının medalı
ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 4. Döşə
taxılma qaydası
"Miqrasiya
orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan
Respublikasının medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden və
medalları olduqda, onlardan sonra taxılır.
Azərbaycan.-2012.- 18 noyabr.- S.2.