«Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 Maddə 1. Təltif edilən şəxslər

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər:

1.1. miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;

1.2. xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə;

1.3. miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda  fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

 Maddə 3.  Döşə taxılma qaydası

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.2.