«Miqrasiya orqanları ilə
səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının
medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2012-ci il 2 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Miqrasiya
orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan Respublikasının medalı ilə
Azərbaycan Respublikasının və xarici ölkələrin
dövlət və digər qurumlarının, habelə beynəlxalq
təşkilatların nümayəndələri
aşağıdakılara görə təltif edilirlər:
1.1.
miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa
görə;
1.2.
miqrasiya sahəsində mühüm layihələrin
hazırlanmasında və həyata keçirilməsində fəal
iştiraka görə.
Maddə
2. Təltif edən orqan
Bu əsasnamənin
1-ci maddəsində göstərilən şəxsləri
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan Respublikasının medalı ilə
müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə
3. Döşə taxılma qaydası
"Miqrasiya
orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan Respublikasının medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda,
onlardan sonra taxılır.
Azərbaycan.-2012.- 18 noyabr.- S.2.