«Miqrasiya orqanları ilə
səmərəli əməkdaşlığa görə» Azərbaycan
Respublikası medalının təsviri
Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr
tarixli qanunu ilə
təsdiq edilmişdir
1. "Miqrasiya orqanları ilə səmərəli
əməkdaşlığa görə" Azərbaycan
Respublikasının medalı (bundan sonra - medal) bürüncdən
tökülmüş və qızıl suyuna çəkilmiş,
diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən
ibarətdir.
2. Hər
bir guşəsi qabarıq olan səkkizguşəli ulduz
formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir.
Birinci dairənin daxilində aşağı hissədə həkk
edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə
aşağıdan başlamaqla dairə boyunca "Miqrasiya
orqanları ilə səmərəli əməkdaşlığa
görə" sözləri həkk olunmuşdur. Medalın
ön tərəfinin səthi nahamardır.
3.
İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti
orqanının rəsmi embleminə müvafiq şəkildə
Yer kürəsi, onun mərkəzində paralel və
meridianların kəsişməsi fonunda Azərbaycan
Respublikasının xəritəsi təsvir edilmişdir. Xəritənin
üzərində əməkdaşlıq simvolu əks
olunmuşdur. Yer kürəsi, xəritə, paralel və
meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq
simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.
4.
Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində
dairə, dairənin daxilində səkkizguşəli ulduz,
onun ətrafı boyunca çevrə formasında üç
zolaq təsvir olunmuş, ikinci zolağın üzərində,
ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi
embleminə müvafiq şəkildə Yer kürəsi, onun mərkəzində
paralel və meridianların kəsişməsi fonunda Azərbaycan
Respublikasının xəritəsi təsvir edilmişdir. Bu
kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən
sol tərəfdə aşağıdan başlamaqla dairə
boyunca "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti"
sözləri, həmin sözlər və medalın nömrəsi
boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir
olunmuşdur. Yer kürəsi, xəritə, paralel və
meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər
relyefli olub, qızılı rəngdədir.
5.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm
x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa
və ilgək vasitəsilə birləşdirilir. Tünd
göy xara lentin hər iki kənarında 1,5 mm enində və
onların hər birindən mərkəzə doğru 4 mm
aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir
edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar
qızılı təbəqə bərkidilir. Xara lentin alt
hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə
bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli
ulduz təsvir edilmişdir.
6.
Medala paltara bərkidilmək üçün medalın
elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm
ölçülü qəlib əlavə olunur.
Azərbaycan.-2012.- 18 noyabr.- S.3.