«Miqrasiya orqanlarında
qüsursuz qulluğa
görə» 2-ci dərəcəli Azərbaycan
Respublikası medalının təsviri
Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr
tarixli qanunu ilə təsdiq edilmişdir
1. "Miqrasiya
orqanlarında qüsursuz
qulluğa görə"
2-ci dərəcəli Azərbaycan
Respublikasının medalı
(bundan sonra - medal) bürüncdən tökülmüş
və gümüş
suyuna çəkilmiş,
səkkizguşəli ulduz
formalı, diametri 50
mm olan lövhədən
ibarətdir.
2. Hər bir guşəsi
qabarıq olan səkkizguşəli ulduz
formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci
dairənin daxilində
aşağı hissədə
həkk edilmiş diametri 3 mm olan səkkizguşəli ulduzdan
sol tərəfdə aşağıdan
başlamaqla dairə boyunca gümüşü
rəngli minalı fonda "Miqrasiya
orqanlarında qüsursuz
qulluğa görə"
sözləri həkk
olunmuşdur. Medalın ön
tərəfinin səthi
nahamardır.
3. İkinci dairənin mərkəzində qızılı
rəngli minalı fonda "II" rəqəmi, onun aşağısında yazılmış
"Dərəcə" sözünün
altında qövs boyunca palıd yarpaqları təsvir edilmişdir. Palıd yarpaqları, rəqəm
və söz relyefli olub, qızılı rəngdədir.
"Miqrasiya orqanlarında
qüsursuz qulluğa görə" sözləri,
səkkizguşəli ulduz
və dairəvi xətlər relyefli olub, gümüşü rəngdədir.
4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində
dairə, dairənin daxilində səkkizguşəli
ulduz, onun ətrafı boyunca çevrə formasında
üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında
səkkiz düymə
bərkidilmişdir. Ulduzun daxilində
müvafiq icra hakimiyyəti orqanının
rəsmi embleminə müvafiq şəkildə
Yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi
fonunda Azərbaycan Respublikasının xəritəsi
təsvir edilmişdir.
Bu kompozisiyadan aşağıda
medalın nömrəsi,
nömrədən sol tərəfdə
aşağıdan başlamaqla
dairə boyunca "Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidməti" sözləri,
həmin sözlər
və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz
təsvir olunmuşdur.
Yer kürəsi, xəritə,
paralel və meridianlar, səkkizguşəli
ulduzlar, sözlər və rəqəmlər relyefli olub, gümüşü rəngdədir.
5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçülü düzbucaqlı
xara lentə halqa və ilgək
vasitəsilə birləşdirilir.
Qırmızı xara
lentin hər iki kənarında eni 1,5 mm olan zoğalı rəngli, mərkəzində bir-birindən
4,5 mm aralı məsafədə
eni 2,5 mm olan açıq sarı rəngli 2 şaquli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan gümüşü təbəqə, həmin
təbəqənin mərkəzi
boyunca eni 1,5 mm olan hamar
qızılı təbəqə
bərkidilir. Xara lentin
alt hissəsinə eni
7 mm olan gümüşü
təbəqə və
həmin təbəqənin
mərkəzi boyunca eni 5 mm olan hamar
qızılı təbəqə
bərkidilir, təbəqənin
ortasında aypara və səkkizguşəli
ulduz təsvir edilmişdir.
6.
Medala paltara bərkidilmək üçün medalın
elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm
ölçülü qəlib əlavə olunur.
Azərbaycan.-2012.- 18 noyabr.- S.3.