Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Andris Berzinşə
Hörmətli cənab Prezident!
Milli bayramınız
- Latviya Respublikasının
Elan Edilməsi Günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan-Latviya dövlətlərarası münasibətlərinin
möhkəmləndirilməsi, dostluq və əməkdaşlıq ənənələrimizin
qorunub saxlanması və inkişaf etdirilməsi, ikitərəfli
əlaqələrimizin daha
da genişləndirilməsi
istiqamətində səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Latviya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 oktyabr 2012-ci il
Azərbaycan.-2012.- 18 noyabr.- S.1.