Milli Məclisin Azərbaycan-Uruqvay
parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun müraciəti
Uruqvay
Senatı nəqliyyat və ictimai işlər komitəsinin sədri,
senator cənab Daniel Martinezə Uruqvay Senatı ictimai fondlar və
büdcə komitəsinin üzvü, Nümayəndələr
Palatasının sabiq sədri, Latın Amerikası Parlamentinin
vitse-prezidenti, senator cənab Karlos Baraybara
Sənaye,
enerji və təbii resurslar komitəsinin üzvü, konqresmen
cənab Felipe Carballoya
Uruqvay Senatı səhiyyə komitəsinin sədri,
senator cənab Karlos Moreiraya
Nümayəndələr Palatası xarici işlər komitəsinin sədri, Nümayəndələr Palatasının
sabiq sədri, konqresmen cənab Ceym Mario Troboya
Nümayəndələr Palatası ictimai fondlar komitəsinin üzvü, kənd təsərrüfatı
və balıqçılıq
komitəsinin sədri,
konqresmen cənab Xose Karlos Kardosoya
Nümayəndələr Palatası ərazi idarəetmə və ətraf mühit komitəsinin üzvü, konqresmen cənab Mario Silveraya
Uruqvay Senatı sədrinin üçüncü müavini,
ətraf mühit komitəsinin sədri, senator cənab Tabare Vieraya
Uruqvay Nümayəndələr Palatası
sədrinin birinci müavini, konqresmen cənab Daniel Biançi Salomona
Nümayəndələr Palatası ictimai
fondlar komitəsinin üzvü, konqresmen, Uruqvay Nümayəndələr
Palatasının baş
katibi cənab İvan Posadaya
Uruqvay Nümayəndələr Palatasının
baş katibi, Parlament Baş Katibləri Assosiasiyasının
üzvü cənab Xose Pedro Monteroya
Latın
Amerikası və Karib hövzəsi Parlamentlərarası İttifaqın
Uruqvay Geopolitik Qrupunun katibi cənab Oskar Pikinelaya,
Uruqvay-Azərbaycan dostluq qrupunun bütün üzvlərinə
Hörmətli cənablar!
Bu ilin oktyabr ayında
sizin Azərbaycan Respublikasına səfəriniz
və Beynəlxalq Humanitar Forumda iştirakınız Uruqvay
və Azərbaycan parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin
yaradılması baxımından
əhəmiyyətli olmuşdur.
İki ölkənin parlament üzvləri arasında
ilk təmaslar qurulmuş,
iki gün ərzində keçirilən
görüşlərdə sizə Azərbaycanın keçmişi və bu günü barəsində geniş məlumat verilmişdir.
Ölkəmizin dinamik inkişaf yolunda olması, böyük beynəlxalq nüfuz qazanması, dünyanın bütün
dövlətləri, xüsusən
Uruqvay da daxil olmaqla Latın
Amerikası ölkələri
ilə münasibətləri
inkişaf etdirmək əzmində olduğu bildirilmişdi. Uruqvay parlamenti üzvlərinin nəzərinə çatdırılmışdı
ki, Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlar, yəni ölkə ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş,
1 milyon azərbaycanlı
Ermənistanın öz
ərazisindən və
işğal edilmiş
ərazilərdən qovulub
didərgin salınmışdır.
İşğal altında olan
ərazilərdə oyuncaq
bir rejim qurulmuş, bu rejim dünyanın heç bir dövləti, o cümlədən
Ermənistan tərəfindən
tanınmamışdır. Ermənistan Respublikasının Azərbaycan
Respublikasına silahlı
təcavüzünün ağır
nəticələri Cənubi
Qafqazda və dünyada sabitliyə təhlükə törədir,
region ölkələrinin hərtərəfli
inkişafına mane olur.
Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən
BMT, ATƏT, Avropa İttifaqı,
Avropa Şurası müvafiq qətnamələr
qəbul edərək,
Azərbaycanın işğal
olunmuş torpaqlarının
geri qaytarılmasını
tələb etmişlər.
Dünya
birliyinin bütün cəhdlərinə baxmayaraq,
Ermənistan Respublikası
işğalçılıq siyasətinə son qoymaqdan,
öz qoşunlarını
işğal edilmiş
torpaqlardan çıxarmaqdan,
qaçqın və köçkünlərin daimi
yaşayış yerlərinə
qayıtmasına şərait
yaratmaqdan imtina edir.
Hörmətli həmkarlar, Siz
burada əldə etdiyiniz məlumatları Uruqvay hökumətinə
və ictimaiyyətinə
çatdırmaqda, Dağlıq
Qarabağ problemi ilə bağlı ədalətli mövqe nümayiş etdirməkdə
və münaqişənin
sülh yolu ilə tənzimlənməsi
prosesində Azərbaycanın
haqlı mövqeyini müdafiə etməkdə
qərarlı olduğunuzu
ifadə etmişdiniz.
Biz də buna ümid bəsləyir və parlamentlərimiz arasında münasibətlərin
ardıcıl və davamlı inkişafı üçün
təməl yaradılması
işinə kiçik
də olsa töhfə verdiyimizə görə məmnunluq hissi keçirirdik.
Lakin
noyabr ayının
13-də Uruqvay Nümayəndələr
Palatası sədrinin və üzvlərinin Ermənistana
səfəri çərçivəsində
nümayəndə heyətinin
bir neçə üzvünün Dağlıq
Qarabağa qeyri-qanuni səfər etməsi barədə aldığımız
məlumat bizi çox təəccübləndirmişdir.
Azərbaycan ilə dostluq
münasibətlərinin inkişaf
etdirilməsində maraqlı
olduğunu bəyan edən Uruqvay Respublikasının bir qrup siyasətçisinin Azərbaycanın xəbəri
olmadan onun işğal altında olan ərazilərinə səfər etməsi beynəlxalq hüquq normalarına zidd olan qeyri-qanuni akt kimi qiymətləndirilməlidir.
Ermənistana rəsmi səfərə
gəlmiş Uruqvay nümayəndə heyəti
üzvlərinin Ermənistan
rəhbərliyi tərəfindən
Dağlıq Qarabağa
səfər etməyə
təhrik olunması və bu səfərin
Ermənistanın öz
işğalçılıq siyasətinə beynəlxalq
dəstək kimi qələmə
verməsi həm siyasi, həm də mənəvi cəhətdən qəbuledilməzdir.
Bu cür səfərlərin
təşkili Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli istiqamətində dünya
birliyi, o cümlədən
ATƏT-in Minsk qrupu tərəfindən
göstərilən çoxillik
səyləri heçə
endirir, münaqişənin
qeyri-müəyyən müddətə
uzadılmasına xidmət
edir. Belə bir qanunsuz
aktda Uruqvay konqresmenlərinin
iştirakı bizdə
təəssüf hissi
doğurur.
Biz uruqvaylı həmkarlarımızı bu
cür həssas məsələlərdə qərəzsiz və
ədalətli mövqe tutmağa və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsinə kömək göstərəcək
addımlar atmağa çağırırıq. Münaqişə
ilə bağlı həqiqətlərin Uruqvay siyasi dairələrinə
və ictimaiyyətinə çatdırılması
üçün birgə əməkdaşlıq etməyə
hazır olduğumuzu bəyan edirik.
Azərbaycan.-2012.- 18 noyabr.- S.4.