Beynəlxalq enerji ailəsinə açılan qapı

 

13 il əvvəl beş ölkə başçısı BTC-nin marşrutunu müəyyənləşdirən sənəd imzaladı

 

 Bu gün Azərbaycan nefti dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunur. Öz müəllifinin - ulu öndər Heydər Əliyevin adını daşıyan bu kəmər yaranma ideyası meydana gələn gündən çox çətinliyə düşərək böyük sınaqlardan keçdiqalib gəldi. BTC-nin tikilib istifadəyə verilməsi adi bir sənaye obyektinin, yaxud nəqliyyat infrastrukturunun işə düşməsi deyil, əsl tarixi hadisə idi.

BTC-nin tikilməsi zərurəti "Əsrin müqaviləsi"nin real nəticələrindən irəli gəlirdi. 1997-ci ilin noyabr ayından "Çıraq" platformasından neft alınırdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərinin gücü isə getdikcə artan nefti ixrac etmək üçün kifayət deyildi. Odur ki, daha böyük bir ixrac sisteminin yaranması gərək idi. Bununla bağlı ümummilli lider Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında düzgün uzaqgörən ideya irəli sürmüşdü. Bu, Bakı-Tbilisi-Ceyhan kəmərinin tikilməsi ideyası idi.

1998-ci il oktyabrın 19-da kəmərin tikilməsi ilə bağlı "Ankara bəyannaməsi" imzalandı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında BTC-nin yaranma tarixində həlledici rol oynayan daha bir sənədə imza atıldı. Bu, "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş adlanırdı. Sazişi Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan ABŞ prezidentləri öz imzaları ilə təsdiqlədilər. İmzalanan saziş "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi. 

BTC-nin əleyhinə çıxanlar çox oldu. Bir sıra bəhanələr gətirir, layihənin irəliləməsinə imkan vermək istəmirdilər. Ən başlıca səbəb kimi isə guya Azərbaycanın bu boru xəttini doldurmaq üçün yetərincə nefti olmadığını, kəmərin rentabellə işləməyəcəyini göstərirdilər. Təəssüf ki, bunu təkcə xaricdəki bədxahlarımız deyil, öz aramızda olan bəzi qüvvələr deyirdi. Lakin BTC düzgün seçilmiş, uzaqgörənliklə planlaşdırılmış bir layihə olduğundan saxta fikirlər söyləməklə, qara yaxmaqla ona maneə törətmək mümkün deyildi.

BTC layihəsinin müəllifi ümummilli lider Heydər Əliyev idi. Onun gerçəkləşməsi ulu öndərin düzgün seçimi ilə yanaşı, həm dünyadakı nüfuzuna, mübarizliyinə söykənmişdi.

2002-ci il sentyabrın 18-də Səngəçal terminalında kəmərin təməli qoyuldu. Bu münasibətlə keçirilən, Türkiyə Gürcüstan prezidentlərinin iştirak etdikləri təntənəli mərasimdə ulu öndər demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük".

Lakin kəmərin təməli qoyulandan sonra da bəzi qüvvələr işi pozmaq cəhdlərindən əl çəkmirdilər. Bununla belə, ulu öndər ən gərgin məqamlarda da inam qətiyyətlə deyirdi ki, BTC tikiləcək, BTC olacaq.

Nəhayət, əli hər yerdən üzülmüş BTC əleyhdarları layihəni maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısında toplaşdılar. Bu dəfə başqa bir səbəb uydurmuşdular: guya BTC ətraf mühitə zərbə vuracaq. Lakin layihənin ƏMSSTQ (Ətraf Mühitə Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində ekologiya ilə bağlı bütün məqamlar nəzərə alınmışdı.  

BTC-nin maliyyələşməsi kəskin bir problem kimi ortaya çıxanda bu müşkülü ulu öndərin dünyada olan böyük nüfuzu həll etdi. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" adlı beynəlxalq konfransda iştirak edən ümummilli lider Heydər Əliyev maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı, məsələnin müsbət həllinə nail oldu.

2004-cü ilin fevralında Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə aid son sənədlər imzalandı. Bununla da BTC-nin maliyyələşməsi məsələsi yekunlaşdı.

Kəmərin inşası uğurla başa çatdı. 2005-ci ilin mayında xəttə Səngəçal terminalındakı baş nasos stansiyasından neft vuruldu. 2006-cı ilin iyul ayında BTC tam bir sistem kimi istifadəyə verildi.

BTC kəməri bütövlükdə bölgənin, bəlkə qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bildi. Onun əhəmiyyəti həm Azərbaycan neftini dünya bazarlarına çıxarmasında, həm yeni kəmərlərin çəkilişinə yol açmasındadır. Həmin dəhliz işə düşəndən sonra Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum kəmərinin tikilməsi buna parlaq misaldır.        

Bu ilin iyun ayında Bakıda keçirilən XIX beynəlxalq Xəzər neft-qaz sərgisinin açılışındakı çıxışında Prezident İlham Əliyev bu barədə demişdir: "Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq "Şahdəniz" qaz yatağının kəşfindən sonra - bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir - əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

Bu uğurları BTC-nin ahəngdar təhlükəsiz fəaliyyətini əks etdirən rəqəmlər təsdiqləyir. Təkcə keçən ay boru xətti ilə 2 milyon 164 min 305 ton Azərbaycan nefti nəql olunub. Yanvar-oktyabr aylarında isə kəmərlə 25 milyon 90 min 26 ton neft ötürülüb. İstifadəyə verildiyi gündən indiyədək BTC ümumilikdə 200 milyon 867 min 726 ton neft daşıyıb.

Hazırda BTC- müəyyən miqdarda Türkmənistan nefti vurulur. Bu ilin oktyabr ayında kəmərlə 285 min 332 ton Türkmənistan nefti ixrac olunub.

Xatırladaq ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin nəql etdiyi  neftlə yüklənmiş ilk tanker Ceyhan limanından 2006-cı il iyunun 4-də yola salınıb. BTC neftini dünya bazarlarına daşıyan tankerlərin sayı indi artıq 2000-i ötüb.

Hazırda kəmər gündə 1,2 milyon barel neft daşımaq gücünə malikdir. Bir sözlə, BTC potensialı böyük olan kəmərdir.

 

 

 Flora SADIQLI

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.6.