Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikasının tikintisi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan
Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının
tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz
edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Tibb Universitetinə 5,0 (beş)
milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 20 noyabr.- S.1.