Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli qanunu ilə təsdiq
edilmiş «Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 388; 2006, ¹ 1, maddə 3, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462) ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"nin 6-cı maddəsinin birinci hissəsinin 5-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 6-9-cu bəndlər əlavə edilsin:
"6) Komissiyanın qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;
7) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələrini qiymətləndirmək;
8) uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı və həmin hesabat barədə Komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
9)
uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti sahəsində normativ hüquqi
aktlara uyğun olaraq, uşaq müəssisələrində monitorinqlər
keçirmək.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr
2012-ci il
Azərbaycan.-2012.- 20 noyabr.- S.1.