Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən
qurumların) və onun bölmələrinin
adları"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 266
Bakı şəhəri, 16 noyabr 2012-ci il
"Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
5 sentyabr tarixli 706 nömrəli fərmanının 10.4-cü
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153,
¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹
10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr
146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1,
maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹
5, maddə 479, ¹ 8, maddə 818) ilə təsdiq edilmiş
"Dövlət orqanlarının aparatının (və ya
onların fəaliyyətini təmin edən qurumların) və
onun bölmələrinin adları"na "Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyasının
Aparatı" sözlərindən sonra "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Aparatı" sözləri, "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında Dövlət
Akkreditasiya Xidməti" sözlərindən sonra "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri"
sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 20 noyabr.- S.2.