Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə
təsdiq edilmiş "İnzibati
orqanların Təsnifatı"nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 265 Bakı şəhəri, 16
noyabr 2012-ci il
"Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
5 sentyabr tarixli 706 nömrəli fərmanının 10.4-cü
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10,
maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹
2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447,
¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817) ilə təsdiq
edilmiş "İnzibati orqanların Təsnifatı"nın
II bölməsinə aşağıdakı məzmunda 29-1-ci
hissə və 29-1.1-ci bənd əlavə edilsin:
29-1.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
29-1.1. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət"
mərkəzləri
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 20 noyabr.- S.2.