Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 264 Bakı şəhəri, 16 noyabr 2012-ci il

 

 "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 10.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003,  ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012,  ¹ 2, maddə 178) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.6-cı bəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

"Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində yerləşən qeydiyyat şöbələrinin nümayəndələri tərəfindən aparıldıqda, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.".

 

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.2.