"Xüsusi iqtisadi
zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin
aparılması
Qaydası"nın, "Xüsusi iqtisadi zonanın
qeydiyyat şəhadətnaməsinin forması"nın və
"Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi
zonanın administrasiyasında eydiyyatdan keçmək üçün
təqdim etdikləri ərizənin nümunəvi
formasının və ərizəyə əlavə edilən
sənədlərin siyahısı"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 18 dekabr tarixli 193 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 262 Bakı şəhəri, 16
noyabr 2012-ci il
"Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 12 iyun tarixli 382-IVQD nömrəli
qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyul tarixli 2331 nömrəli sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 193
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 1068) ilə təsdiq
edilmiş "Xüsusi iqtisadi zonanın rezidentlərinin
qeydiyyatının və reyestrinin aparılması
Qaydası"nın 3.10-cu bəndinə "şəxs"
sözündən sonra "özü barəsində"
sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 20 noyabr.- S.2.