"Hüquqi şəxslərin
dövlət reyestrinin aparılması, istifadəsi və
mühafizəsi Qaydaları", "Dövlət reyestr
kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin
dövlət qeydiyyatı haqqında şəhadətnamə",
"Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə",
"Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət reyestrindən çıxarışın
forması və çıxarışda göstərilən
məlumatların həcmi" və "Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına alınması barədə ərizənin
forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 261 Bakı şəhəri, 16
noyabr 2012-ci il
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 12 iyun tarixli 382-IVQD nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
6 iyul tarixli 2331 nömrəli sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12,
maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12,
maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə
445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491) ilə
təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət
reyestrinin aparılması, istifadəsi və mühafizəsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
5.2.3-cü yarımbəndə "məlumat"
sözündən sonra "(kommersiya hüquqi şəxslərin
təsisçiləri (iştirakçıları) və
onların nizamnamə kapitalındakı payları barədə
məlumatlar istisna olmaqla)" sözləri əlavə
edilsin;
1.2.
6.3-cü bəndin birinci cümləsinə "şəxs"
sözündən sonra "özü barəsində"
sözləri əlavə edilsin;
1.3.
6.4-cü bəndin ikinci cümləsinə "məlumatlar"
sözündən sonra "(kommersiya hüquqi şəxslərin
təsisçiləri (iştirakçıları) və
onların nizamnamə kapitalındakı payları barədə
məlumatlar istisna olmaqla)" sözləri əlavə
edilsin;
1.4.
6.5-ci bəndin birinci cümləsinə
"çıxarışlar" sözündən sonra
"(kommersiya hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla)" sözləri əlavə edilsin;
1.5.
6.6-cı bəndə "məlumatlar" sözündən
sonra "(kommersiya hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla)" sözləri əlavə edilsin;
1.6.
6.7-ci bəndə "müəssisələri"
sözündən sonra "(kommersiya hüquqi şəxslərin
təsisçiləri (iştirakçıları) və onların
nizamnamə kapitalındakı payları barədə məlumatlar
istisna olmaqla)" sözləri əlavə edilsin;
1.7.
6.8-ci bəndə "bu barədə" sözlərindən
sonra "(kommersiya hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla)" sözləri əlavə edilsin;
1.8.
6.8-1-ci bəndin ikinci abzasına "məlumatları"
sözündən və üçüncü abzasına
"məlumat" sözündən sonra "(kommersiya
hüquqi şəxslərin təsisçiləri
(iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla)" sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 20 noyabr.- S.2.