Tarixi zərurətdən yaranan partiya

 

"Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandığından bugünə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır. Partiyamızın xarici əlaqələri çox genişdirbu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır".

 

 İlham ƏLİYEV

 

 

 Xalqların tarix səhnəsindəki yerirolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz xidmətləri olan, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Müasir siyasi nəzəriyyələr də birmənalı təsdiqləyir ki, ictimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq, cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyət-lider amili aktuallığını qoruyub saxlayır.

Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqların əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modelisiyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Tarixi hadisələrin təhlili zamanı bu həqiqət bir daha təsdiqlənir ki, mütərəqqi ideyalar məhz parlaq şəxsiyyətlərdə təcəssüm olunur, bəzi hallarda hətta şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir.

Hər bir xalqın millət kimi formalaşması, dövlət yaradaraq özünü tarixdə təsdiq etməsi prosesi, həmçinin onun tərəqqi yönümü müəyyən bir irsin mövcudluğu kontekstində cərəyan edir. Bu irslərin hər biri spesifikliyi ilə aid olduğu xalqın milli dəyərlərini, mental keyfiyyətlərini, şüurunu, təfəkkürünü, psixologiyasını özündə ehtiva edir. Millətin özünütəsdiq və həmrəylik hisslərini əks etdirən siyasi irsi onu zamanın bütün sınaqlarından üzüağ çıxardır, zəfərə, təkamülə aparır. Bu siyasi liderlərin şəxsi keyfiyyətləri fonunda milli iradə formalaşır, inkişaf yolu müəyyənləşir, milli dövlətçilik bərqərar olur, ən nəhayət, milli irs yaranır. Yəni xalqın başında dayanan rəhbər, millətinin müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir.

Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf  yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapındırmağa çalışsa da, tarixi iradə həmin xalqların firavan inkişaf yoluna çıxmasına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardırlar. Yəni tarix şəxsiyyətləri insanlara sanki özünün sınaqları üçün bəxş etmişdir. Məhz şəxsiyyətlər dövrü öz əhatəsinə almış zülməti başqalarından daha yaxşı hiss etdiklərindən, ona qiymət verməyi, verilən qiymətdən düzgün nəticə çıxarmağı bacardıqlarından daim ziyaya doğru can atır, nurlu bir yol tapmağa çalışırlar. Onlar zaman adlanan orduya sərkərdəlik missiyasını öz üzərlərinə götürərək bir-birinin ardınca əldə olunan qələbələrlə bu ordunun özününruhunu dəyişib yeniləşdirməyə müvəffəq olurlar.

Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 35 ilinə sahiblik edir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millətin mövcudluğuna qədər inkişafı kimi şanlı mərhələni əhatələyir.

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası da Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yarandı. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunumövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olanbir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadisosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın görkəmli oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Partiyanın yaranması ideyası təsadüfdən meydana gəlmədi. Öncə partiya yaratmaq haqqında fikir yox idi. Belə bir mövqe var idi ki, ulu öndər Heydər Əliyevə prezident seçkilərində iştirak etmək üçün dəstək verilsin. Belə olduqda biz - bir qrup ziyalı qərara gəldik ki, xalqı təşkilatlandırmaq lazımdır. Bu təşkilatçılıq işini ancaq Heydər Əliyevin partiyası təşkil edə bilərdi. Bu məqsədlə də partiyanın yaranması ideyası ortalığa atıldı.

Müxtəlif nümayəndə heyətləri Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz-üzə qalmışdı. Bütün sahələrdə böhran başlamışdı və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına razılıq verdi.

 1992-ci il oktyabrın 16-da bizim - 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti  mətbuatda dərc olundu. Müraciətdə deyilirdi: "İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Sız, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir".

Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı özünü çox gözlətmədi: "16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasisosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir...

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr yaradırdı. Belə olduqda partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dincfiravan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

1993-cü il oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci il noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxilixarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət  kəsb edən atəşkəs əldə edilmişdi.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inammaraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun  gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

1993-cü ildən başlayaraq ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir.

Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmişyeni təsis olunan Sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir. 2005-ci və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən inamlı qələbə qazandı.

2 avqust 2008-ci ildə YAP-ın IV qurultayı keçirildi. Qurultayda tarixi qərar qəbul olunaraq partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyi irəli sürüldü. Prezident İlham Əliyev qurultayda bildirmişdi: "1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, demək olar ki, Azərbaycanın inkişafı üçün çox önəmli addım olmuşdur. Bildiyiniz kimi, o vaxt Heydər Əliyevin siyasi nüfuzu, xalq arasında olan hörməti burada, Bakıda rəhbərlikdə olanları bərk narahat edirdi və bütün səylər göstərilirdi ki, onun siyasi fəaliyyəti məhdudlaşdırılsın. Belə olan halda, onu açıq dəstəkləyən, öz sözünü açıq deyən ziyalılar, cəmiyyətimizin, müxtəlif təbəqələrdən olan üzvləri Heydər Əliyevin ətrafında birləşməklə yeni vəziyyət yaratmışdılar. Mən o insanların fəaliyyətini çox yüksək qiymətləndirirəm, hesab edirəm ki, bu, onların tərəfindən qəhrəmanlıq nümunəsi idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, bu gün özünü demokrat adlandıran siyasi qüvvələr o vaxt müxtəlif təxribatlarla, müxtəlif qanunsuz yollarla o insanlara qarşı təzyiqlər edirdilər. Onlar işdən qovulurdu, döyülürdü, həbs olunurdu. Bir daha demək istəyirəm ki, onların şüurlu seçimi, cəsarətli addımları yüksək qiymətləndirilməlidir".

2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür. Azərbaycan Respublikasının Milli Məclisi YAP-ın təşəbbüsünü dəstəkləyərək dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etmiş və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası dekabrın 31-də "Yeni Azərbaycan" Təşəbbüs Qrupunu yaratmış və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparmışdır. 18 mart 2008-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir.

YAP son 20 ildə ciddi inkişaf yolu keçib, təkmilləşib, özünün bütün milli strukturunu formalaşdırıb. Bu gün ölkəmizin elə bir yaşayış məkanı yoxdur ki, orada YAP-ın özək təşkilatı olmasın. Yeni Azərbaycan Partiyası ölkə həyatında mühüm rol oynayır. Birmənalı söyləmək olar ki, partiyamız gələcəkdə də dövlətin inkişaf etdirilməsi prosesində əhəmiyyətli mövqe tutacaqdır.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi.   Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq".

Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcək.

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

"91"lərin təmsilçisi, YAP Siyasi Şurasının üzvü,

 Milli Məclisin deputatı, tibb elmləri doktoru,

 professor, əməkdar elm xadimi

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.3.