Bakıda «Folklor və tariximiz» mövzusunda respublika elmi konfransı işə
başlamışdır
Noyabrın
19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin binasında "Folklor və tariximiz"
mövzusunda respublika elmi konfransı işə
başlamışdır.
Konfrans
AMEA-nın Folklor İnstitutu və A.Bakıxanov adına Tarix
İnstitutu tərəfindən təşkil olunmuşdur.
Alim
və mütəxəssislərin, ayrı-ayrı ali təhsil
müəssisələri nümayəndələrinin
iştirak etdikləri tədbirdə AMEA-nın Humanitar və
İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademiyanın müxbir üzvü Kamal Abdullayev konfransın əhəmiyyətindən
danışmış, onun Folklor və Tarix institutları tərəfindən
birgə keçirilməsinin səmərəli
olacağına əminliyini, "Folklor və tariximiz"
mövzusunda elmi araşdırmalar aparılmasının
önəmli məsələ olduğunu diqqətə
çatdırmışdır.
A.Bakıxanov
adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir
üzvü Yaqub Mahmudov AMEA-nın müvafiq elm müəssisələri
arasında birgə elmi araşdırmalar
aparılmasının əhəmiyyətindən bəhs
etmişdir. Qeyd etmişdir ki, elmi araşdırmalarda öz
tarixi mənbələrimizə müraciət etmək
lazımdır. Eyni zamanda, tarixi mənbələrimizdən
düzgün istifadə etməliyik. Çünki çox
zamanlar bizim tariximiz təhrif olunmuşdur.
Folklorun-xalqın
yaşatdığı tarixin böyük əhəmiyyətindən
danışan Y.Mahmudov folklorumuzun dərindən öyrənilməsinin
vacibliyini diqqətə çatdırmışdır.
Akademik
Teymur Bünyadov tarixin araşdırılmasında arxeologiya və
etnoqrafiyanın, folklorun rolundan bəhs etmişdir.
AMEA-nın
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar
İmanov mövzu barədə fikir və mülahizələrini
bildirmişdir.
Qeyd
olunmuşdur ki, konfransın əsas qayəsi Azərbaycan
xalqının folklorda yaşayan tarixinin və eləcə də
tarixi hadisələrin folklora təsirinin
qarşılıqlı öyrənilməsidir.
Sonra
bölmə iclasları olmuş, müxtəlif mövzularda məruzələr
dinlənilmiş, müzakirələr
aparılmışdır.
Konfrans
noyabrın 20-də başa çatacaqdır.
Azərbaycan.-2012.- 20 noyabr.- S.8.