Fransada Azərbaycana həsr olunan radio verilişində
daha çox AzərTAc-ın materiallarından istifadə edilmişdir
Fransada
ayda bir dəfə fransız dilində Azərbaycana həsr
olunan radio proqramının noyabr ayında efirə gedən
növbəti verilişində daha çox AzərTAc-ın
materiallarından istifadə olunmuşdur.
Radio
proqramında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi
səfəri, Luvr muzeyində İslam incəsənəti
departamentinin açılışında Fransa Prezidenti Fransua
Ollandla dövlətimizin başçısının
iştirakı, Yelisey sarayında prezidentlərin
görüşü və bu görüşdə Fransa ilə
Azərbaycan arasında ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsinin
aparılması, Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Parisdə Azərbaycan səfirliyi
nəzdində mədəniyyət mərkəzinin
açılışında iştirakları barədə AzərTAc-da
yayımlanan xəbərlər radio verilişində səsləndirilmişdir.
Verilişin
aparıcıları Mustafa Alınca və Alqan Alınca AzərTAc-ın
materialına istinadən Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Azərbaycan-Fransa
dostluq qrupunun sədri Mehriban xanım Əliyevanın
iştirak etdiyi Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələr
yaradılmasının 20 illiyi münasibətilə Parisin məşhur
"Pleyel" zalında hər iki ölkənin simfonik
orkestrinin çıxışına dair fransız dinləyicilərinə
ətraflı məlumat vermişlər.
Verilişin
"Mədəniyyət" bölməsində ölkəmizi
fransızlara daha yaxından tanıtmaq məqsədi ilə
Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" layihəsi çərçivəsində
Reims, Şalan an Şampan, Niort, Konyak və Romorantən-Lantenay şəhərlərində
ölkəmizlə bağlı təşkil edilən sərgi
və konsertlər haqqında AzərTAc-da yayımlanan xəbərlər
səsləndirilmişdir.
Radio
proqramında ənənəvi olaraq son zamanlar dünyada və
ölkəmizdə baş verən hadisələr, habelə
müxtəlif adda qəzetlərin xülasələrinə
dair xəbərlər də yer almışdır.
Veriliş
Azərbaycan musiqisi ilə müşayiət olunmuşdur.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2012.- 20 noyabr.- S.11.