Azərbaycan şairlərinin əsərləri «Planeta poetov» almanaxında dərc edilmişdir

 

Riqada Beynəlxalq Yazıçılar və Şairlər Assosiasiyasının nəşr etdirdiyi "Planeta poetov" almanaxının 6-cı nömrəsi çapdan çıxmışdır. Topluya dünyanın 50 ölkəsindən 100-dən çox müəllifin şeiri daxil edilmişdir. Bu barədə AzərTAc-a tanınmış Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlu məlumat vermişdir.

Onun sözlərinə görə, yeni poeziya toplusunda Azərbaycan layiqincə təmsil olunmuşdur. Almanaxda Alla Axundovanın tərcüməsində Azərbaycanın xalq şairi Fikrət Qocanın Xocalı faciəsinə həsr olunmuş "Cənnətdən qovulmuşlar" poeması, habelə Moskvada yaşayan tanınmış şairlər Nəsib Nəbioğlu, Tofiq Məlikli, Əşrəf Hüseynli və Könül Ordubadinin şeirləri yer almışdır.

N.Nəbioğlu demişdir: "Şübhəsiz ki, Böyük Britaniya, Fransa, İsveçrə, İspaniya, İsrail, Rusiya və digər ölkələrin tanınmış müəllifləri ilə yanaşı müasir Azərbaycan poeziyasının nümayəndələrinin əsərlərinin də bu almanaxda dərc edilməsi çox xoşdur. Azərbaycan poeziya məktəbi ədəbi dairələr və sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir, dünya ədəbiyyatında layiqli yer tutur".

O, həmçinin bildirmişdir ki, Beynəlxalq Yazıçılar və Şairlər Assosiasiyasının (BYŞİ) baş qərargahı 2002-ci ildən Riqada yerləşir və assosiasiyanın fəaliyyətini əlaqələndirir. "Planeta poetov" almanaxı 50 ölkədən rus dilində yazan 3000-ə yaxın yazıçı və publisisti birləşdirən iri yaradıcılıq qurumudur. Hər il nəşr olunur. Birliyə yazıçı publisist Marat Kalandarov rəhbərlik edir. Nəsib Nəbioğlu demişdir: "Yaxın uzaq xaricin şairləri yazıçıları arasında dostluq yaradıcılıq əlaqələrinin möhkəmlənməsində BYŞİ-nin rolu böyükdür".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 20 noyabr.- S.11.