Azərbaycan Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlmişdir

 

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlmişdir.

"Çangi" Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Sinqapurun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Sonra beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda qısa görüş oldu.

Prezident İlham Əliyev "Çangi" hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.1.