Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına
ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin
rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə
general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına
III dərəcəli dövlət ədliyyə
müşaviri ali xüsusi rütbəsi verilsin:
Qafarov
Zakir Əsəd oğlu -
İstintaq idarəsinin rəisi
Səlim-zadə
Mehdi İldırım oğlu - Bələdiyyələrlə
iş mərkəzinin rəisi.
3. Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Penitensiar xidməti rəisinin müavini
Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə
general-mayoru ali xüsusi rütbəsi verilsin.
4. Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin
rəisi Rəfail İbrahim oğlu Mehdiyevə tibb xidməti
general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 21 noyabr.- S.1.